“Ermənistan və Rusiyanın sıx iqtisadi əlaqələri var, lakin İrəvan Moskvaya Qərbin sanksiyalarından keçməyə kömək etmir”.
Ednews xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” qəzetinə müsahibəsində bildirib.
“Fürsət olan yerdə biz Rusiyanın tələbini məmnuniyyətlə qarşılayırıq. Sanksiyalar bizim qırmızı xəttimizdir. Biz bunu Rusiyaya çox aydın şəkildə bildiririk ki, biz onları incitmək istəmirik, amma sanksiyalara məruz qalmağı da özümüzə rəva bilmərik”, - deyə Paşinyan qeyd edib.
Ermənistan hökumətinin başçısı onu da bildirib ki, Ukraynada müharibə başlayandan sonra yükdaşımaların logistik zəncirləri pozulub və ya fəaliyyət göstərmir, birbaşa Rusiyaya çatdırılan bir çox mallar indi Ermənistan, Qazaxıstan və digər ölkələrdən keçməklə oraya ixrac edilir.