ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı “sui-qəsd” ittihamı ilə saxlanılıb.
Ednews xarici mənbələrə istinadən xəbər verir ki, Vladivostokda Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Robert Şonov adlı şəxs saxlanılıb.
Xarici dövlət və ya beynəlxalq/xarici təşkilatla əlbir olmaqda təqsirləndirilən Şonovun 8 ilə qədər həbs oluna biləcəyi bildirilib.
ABŞ-ın Rusiyadakı səfirliyi hazırda mövzu ilə bağlı paylaşılacaq heç bir məlumatın olmadığını açıqlayıb.
Qeyd edək ki, Robert Şonov Moskvanın keçmiş KQB həbsxanası olan Lefortovo həbsxanasında saxlanılır.
Mehri