Polşa Rusiyanın İrkutsk şəhəri yaxınlığında yerləşən “Rusiyada siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidənin” götürülməsi ilə bağlı Moskvaya nota verib.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın Moskvadakı səfiri məlumat verib.
O, Rusiyanın İrkutsk şəhəri yaxınlığında yerləşən "Rusiyada siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılan Polşa abidəsi"nin götürülməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə mövzu ilə bağlı nota verdiklərini açıqlayıb.
Litva qurbanlarının xatirəsinə ucaldılan taxta xaçın da, Polşa abidəsinin də götürüldüyünü deyən Krayevski zülm qurbanlarını milliyyətinə görə ayırmadıqlarını, hər iki abidənin onlar üçün çox dəyərli və önəmli olduğunu bildirib.