ABŞ Ədliyyə Nazirliyi Rusiyanın iki vətəndaşını - Oleq Patsuli və Vasili Besedini rus şirkətlərinə sanksiyalardan yayınmağa kömək etdiyinə görə həbs edib.
Ednews TASS-a istinadən xəbər verir ki, onlar aviaşirkətlərə ehtiyat hissələrin tədarükündə iştirakda və Rusiyaya sanksiyalardan yan keçməyə köməkdə şübhəli bilinərək saxlanılıblar.
Məlumatda qeyd edilib ki, şübhəlilər ötən ilin sentyabrında Arizona ştatına gediblər və yerli şirkətdən avadanlıqlar almağa çalışıblar.