Bayden: Hiroshima üçün ABŞ Yaponiyadan üzr istəməyəcək - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Bayden: Hiroshima üçün ABŞ Yaponiyadan üzr istəməyəcək

Dünya A- A A+
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bildirib ki, ABŞ prezidenti Hiroshima Sülh Memorial Parkında bəyanat verməyəcək.
 
“ABŞ prezidenti Co Bayden 1945-ci ildə Hiroshima və Naqasakiyə atılan atom bombalarına görə üzr istəməyəcək”- deyə, Sullivan bildirib.
 
Müxbirin Baydenin ABŞ-ın Yaponiya şəhərlərinə atom bombası atmasına görə üzr istəmək niyyətində olub-olmaması ilə bağlı sualını cavablandıran Sullivan, ABŞ prezidentinin Hiroshima Sülh Memorial Parkında açıqlama verməyəcəyini bildirib.
 
G7 sammiti üçün Yaponiyaya səfər edən prezidentin təyyarəsində keçirdiyi brifinq zamanı o, qeyd edib ki, digər G7 liderləri ilə birlikdə Bayden də bir sıra digər tədbirlərdə iştirak edəcək və başsağlığı verəcək.
 
Yaponiya bu il G7-yə sədrlik edir. Sammiti mayın 19-dan 21-dək keçiriləcək.
 
Hacıyeva Nurlana


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...