Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına rəsmi səfərə gəlib.
Bu barədə Ukrayna liderinin rəsmi Telegram kanalında məlumat yayıb.
“Səudiyyə Ərəbistanına gəldim. Ərəb ölkələri Liqasının sammitində çıxış edəcəyəm. Mən vəliəhd şahzadə Məhəmməd bin Salman əl-Səudla görüşəcəyəm və digər ikitərəfli danışıqlar aparacağam”, - deyə Zelenski bildirib.
Danışıqlar zamanı Zelenski mümkün qədər çox ölkənin dəstəyini almaq üçün Kiyevin Ukraynada təklif etdiyi “sülh formulu”nu müzakirə etmək niyyətindədir.
Nurlana Hacıyeva