Rəsmi Moskva Baxmutun dağıdılmasında ABŞ-ı günahlandırıb.
Ednews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sosial şəbəkədə yazıb.
O, Ukrayna prezidenti Volodimir Zelenskinin Xirosima və Baxmutla bağlı dediklərini şərh edib.
Sözçünün fikrincə, hər iki dağıntını Vaşinqton həyata keçirib. Xatırladaq ki, Ukrayna lideri Xirosimaya atom bombası atılmasının nəticələri ilə Baxmutun dağıdılmasını müqayisə edib.