Rusiyada məktəbli qızın saç boyası qalmaqala səbəb olub.
Ednews teleqram sosial şəbəkəsinin Rusiya seqmentinə istinadən xəbər verir ki, Yuqra şəhərində məktəb direktoru saçını sarı və mavi rəngli hörüklərlə bəzəyən məktəbli qızcığazdan polisə "donos" yazıb.
Polis məktəblinin saçını Ukrayna bayrağı rəngində boyadığı üçün saç ustasını günahlandırıb. Onu vətənə xəyanətdə ittiham edib. Qızın valideynləri isə polis bölməsinə çağırılıb.
Törə Zeynal