“Krım parlamenti Ukrayna oliqarxlarının əmlakını, o cümlədən ölkə prezidenti Volodimir Zelenskinin ailəsinin Livadiyadakı daşınmaz əmlakını milliləşdirəcək“.
Ednews xəbər verir ki, bunu Krımın rəhbəri Sergey Aksyonov deyib.
Onun sözlərinə görə, iri şərab zavodları, bank strukturları, Zelenskinin mənzili və Ukraynaya dəstək verənlərin digər əmlakı növbəti milliləşdirməyə keçəcək.
Qeyd edək ki, bu ilin mart ayında Aksyonov milliləşdirmədən sonra Zelenskinin daşınmaz əmlakının ehtiyacı olanlara təhvil veriləcəyini açıqlamışdı.