Rusiya Xarici İşlər Nazirliyi Paşinyanın son çıxışına münasibət bildirib.
Rusiya XİN-dən bildirilir ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırlaşan Paşinyanın 2022-ci ildə Praqa sammiti zamanı tutduğu mövqenin təsdiqi kimi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olması barədə bəyanatını nəzərdən keçirir.
TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz Ermənistanın baş nazirinin bəyanatlarını onun 2022-ci il oktyabrın 7-də Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin iştirakı ilə keçirilən sammit zamanı tutduğu mövqenin təsdiqi kimi qiymətləndiririk”.
Nurlana Hacıyeva