Ukraynalı diversantlar Leninqrad AES-in bir elektrik xətti dirəyini partlatmağa, dörd elektrik xətti dirəyini minaya və Kalinin AES-in daha yeddi dirəyinin altına partlayıcı qurğular yerləşdirməyə nail olublar.
Ednews xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Ümumilikdə terrorçular iki AES-in 30-dan çox elektrik ötürücü qülləsini dağıtmağı planlaşdırıblar.
Beləliklə, Ukrayna xüsusi xidmət orqanları nüvə reaktorlarını dayandıracağını və AES-in normal fəaliyyətini pozacağını gözləyirdi.
Qeyd edək ki, Mayın 25-də səhər saatlarında FSB Rusiyanın iki atom elektrik stansiyasında terror aktlarının qarşısının alındığını elan edib.
Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülən iki şübhəli saxlanılıb.
Həmçinin onların iki ortağı - terrorçuları rabitə və nəqliyyat vasitələri ilə təmin edən Rusiya vətəndaşları da ifşa edilib.
Nurlana Hacıyeva