Rusiya bu ölkələri “Şimal axını”na hücumlara görə İTTİHAM ETDİ - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Rusiya bu ölkələri “Şimal axını”na hücumlara görə İTTİHAM ETDİ

Dünya A- A A+
Rusiya Almaniya, Danimarka və İsveçi “Şimal axını”na hücumların səbəbkarlarını gizlətməkdə ittiham edir.
 
Ednews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Beləki, ittihamlara görə, Avropa İttifaqına daxil olan üç ölkə “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə hücumlara görə məsuliyyət daşıyanları gizlətməkdə gizlədir.  
 
Xatırladaq ki, Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma olduğu bildirilib və gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilib.
 
Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib.
 
Aİ həmçinin bəyan edib ki, “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində qaz sızması təsadüfi deyil, düşünülmüş hərəkətin nəticəsidir.
 
2022-ci il avqustun 31-də “Şimal axını 1” boru kəməri ilə təbii qazın nəqli lazımi təmir işləri aparıla bilmədiyi üçün dayandırılıb.
 
Nurlana Hacıyeva


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...