Təbii fəlakət həyatı iflic etdi - VİDEO - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Təbii fəlakət həyatı iflic etdi - VİDEO

Dünya A- A A+

Mayın 25-i axşamdan yağan leysan Əlcəzairin bir neçə şəhərində daşqınlara səbəb olub.

Ednews “Al-Arabia” media şəbəkəsinə istinadən xəbər verir ki, təbii fəlakət binalara ziyan vurub, nəqliyyatın fəaliyyəti dayanıb.

Sahilyanı Tipaza əyalətində leysan səbəbilə yolların və avtomobillərin aşınması nəticəsində bir çox məhəllələri su basıb, infrastruktur dağılıb .

Əlcəzairin uzaq şərqində yerləşən Tebessa əyaləti də aramsız yağan yağışlar səbəbindən ziyan görüb.

Bir sıra şəhərlərarası dəmiryolu xətləri ilə yanaşı, dəniz suyunu duzsuzlaşdıran 3 zavodun fəaliyyəti dayandırılıb.

 

Törə Zeynal

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...