33 il günahsız yerə məhkum HƏYATI YAŞADI - Məhkəmə YENİDƏN QƏRAR VERDİ - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

33 il günahsız yerə məhkum HƏYATI YAŞADI - Məhkəmə YENİDƏN QƏRAR VERDİ

Dünya A- A A+

ABŞ-da məhkəmə 1990-cı ildə iki yeniyetmənin yaralandığı hücuma görə adam öldürməyə cəhd ittihamı ilə 33 il həbs cəzasına məhkum edilən Daniel Saldananın günahkar olmadığını sübut edib.

Ednews xarici mediaya istinadən xəbər verir ki, Los Anceles Məhkəməsində keçirilən iclasda hücumla bağlı tapıntıların yenidən araşdırıldığı bildirilib. Məhkəmənin sonunda məhkumun günahsız olduğu qərara alınıb.

Saldana hökmdən sonra prokuror Corc Qaskonla birgə mətbuat konfransında danışıb.

Qərardan xoşbəxt olduğunu dilə gətirən Saldana, "Hər gün günahsız olduğunu bilə-bilə oyanmaq, kameraya qapanaraq kömək çağırmaq çox çətin idi" deyə bildirib.

Qeyd edək ki, 1990-cı ildə Los-Ancelesdə dəstə üzvü olduqlarını zənn edərək avtomobildə olan 6 gəncə atəş açılmış, hücumda iki gənc yaralanmışdı.

Saldana hadisədən sonra həbs edilib və 45 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Oğuz 

 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...