Rusiya qoşunları iki Ukrayna TKQ hücumunun qarşısını ALDI - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Rusiya qoşunları iki Ukrayna TKQ hücumunun qarşısını ALDI

Dünya A- A A+
 
 Rusiya hərbçiləri Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) iki təxribat-kəşfiyyat qrupunun (TKQ) hücumunu dayandırıblar.
 
 Ednews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyində məlumat verib.
 
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov Ukrayna diversantlarının Masyutovka və İvanovka kəndləri ərazilərində fəaliyyət göstərdiyini bildirib.
 
Həmçinin, ötən sutka ərzində Rusiyanın “Zapadnaya” qoşun qruplaşmasının qüvvələri Kupyansk istiqamətində Dvureçnaya qəsəbəsi və Kislovka kəndi ərazilərində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə zərbələr endirib.
 
Bundan əlavə, müdafiə departamenti Böyük Britaniyadan Ukrayna Silahlı Qüvvələrinə (USQ) verilən iki uzaqməsafəli “Storm Shadow” qanadlı raketlərinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən tutulması barədə məlumat verib.
 
Nurlana


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...