Ərdoğan bu tarixdə AND İÇƏCƏK - Mərasimə isə…

Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunda qalib gələn Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın Türkiyə liderinin qarşıdan gələn andiçmə mərasimi ilə bağlı açıqlamalar verib. 

Ednews Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kalın mərasimin keçiriləcəyi günün seçkilərin yekun nəticələrinin elan olunacağı tarixdən asılı olacağını bildirib. 

“Bu, cümə axşamı və ya cümə günü baş verə bilər, dəqiq bilmirik. Andiçmə mərasimi və Nazirlər Kabinetinin tərkibinin açıqlanması cümə günü baş tuta bilər. Mərasimə xarici liderlər dəvət olunacaqlar”, - deyə Kalın jurnalistlərə deyib.