Azərbaycanın xalq artisti, iş adamı Emin Ağalarov atası Araz Ağalarovun Rusiyanın paytaxtı Moskva şəhərində yaratdığı “Crocus Group” şirkətində tutduğu birinci vitse-prezident vəzifəsindən çıxıb.
Ednews xəbər verir ki, bu barədə o, “RİA Novosti” agentliyinə açıqlamasında deyib.
Emin Ağalarov fikrini öz layihələrinə yönəltmək niyyətində olduğunu deyib.
Xatırladaq ki, E. Ağalarov 2014-cü ildən birinci vitse-prezident vəzifəsində çalışıb.