52 yaşlı rusiyalı qadın Ulyanovsk vilayətinin İnza şəhərindəki hərbi komissarlığı yandırmağa cəhd edib.
Ednews xəbər verir ki, bu barədə "Baza" nəşri "Telegram"da məlumat yayıb.
Yanğın törədən şəxs çörəkçi işləyən yerli sakin olub. O, iyunun 1-də günortadan sonra İnqilab küçəsində yerləşən hərbi komissarlığın foyesinə daxil olub və bir şüşə alışan mayeni döşəməyə atıb.
Həmin vaxt binada polis əməkdaşı olub. O, yanğınsöndürən balonun köməyi ilə alovu tez söndürüb, daha sonra çölə qaçıb. Orada polis serjantı qadının qaçdığını görüb, ona yetişib və saxlayıb.
Hücumun səbəbləri hələlik dəqiq bilinmir. Ona qarşı dövlət əmlakını qəsdən məhv etməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Oğuz