Baltik Dənizi Dövlətləri Şurası (BDDS) Rusiya hərbçilərini regionun təhlükəsizliyinə təhdid yaradan hərəkətlərdə ittiham edib.
Təşkilat ölkələrinin Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya donanması və aviasiyası “aqressiv, təxribatçı və əsassız əməliyyatları” ilə dənizdə və havada ümumi qəbul edilmiş təhlükəsizlik standartlarını pozub. “Bu əməliyyatlar hava və dəniz naviqasiyası və rabitə təhlükəsizliyinə təhdid yaradır”, - deyə BDDS Baltik dənizi regionunun təhlükəsizliyi ilə bağlı dərin narahatlığını ifadə edib.
Şuranın hansı hərəkətləri təhlükəsizliyə təhdid hesab etdiyi açıqlanmır.
Bundan əlavə, təşkilat iştirakçı ölkələrin Rusiya yanacağının idxalından imtina etməkdə davam etmək niyyətini təsdiqləyib.
Ötən ilin may ayında Rusiya Baltik Dənizi Dövlətləri Şurasını tərk edib. Bundan əvvəl, 2022-ci ilin martında BDDS üzvü olan ölkələr Rusiyanın oradakı fəaliyyətini dayandırmışdı.
Nurlana