Xəbər verdiyimiz kimi, iyunun 3-də Ankarada Rəcəb Tayyib Ərdoğanın prezident kimi andiçmə mərasimi keçirilib. Türkiyəyə dəvət edilən baş nazir Nikol Paşinyan həmin tədbirdə ikinci sırada oturub. Bu isə sosial medianın erməni seqmentində geniş müzakirə edilib.
Ednews xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bu olaya münasibət bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan protokola əsasən ikinci sırada oturub.
“Türkiyə prezidentinin andiçmə mərasimində bütün baş nazirlər ikinci sırada əyləşiblər”, deyə o, əlavə edib.