Təxminən iki il 6 ay əvvəl İranda həbs edilən Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova Evin həbsxanasının qadınlar bölməsində saxlanılır.
Ednews "MOUZE" Telegram kanalına istinadən xəbər verir ki, Validə Yusifova həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülüb.
Təxminən üç ay təkadamlıq kamerada saxlanılıb, dindirildikdən sonra Tehrandakı Evin Həbsxanasındakı "2-A Palata" kimi tanınan SEPAH Kəşfiyyat Təcridxanasına aparılıb.
Validə Yusifova dindirilmə prosesi bitdikdən sontra Evin həbsxanasının qadınlar şöbəsinə köçürülüb.
31 yaşlı Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub. Həmçinin o, ailəsi ilə əlaqə saxlamaq hüququndan məhrum edilib.
Oğuz