Ermənistanın baş naziri Nikol Paşinyan 2 günlük səfərlə (iyunun 7-dən 9-dək) Rusiya Federasiyasına gedib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, Paşinyan Avrasiya Hökumətlərarası Şurasının və Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının Soçidə keçiriləcək iclaslarında, həmçinin III Avrasiya Konqresinin işində iştirak edəcək.