“Twitter” şirkətinin reklam gəlirlərində azalma müşahidə olunub.
“Twitter” şirkətinin aprelin 1-dən mayın ilk həftəsinə qədər hesablanan ABŞ üzrə reklam gəlirləri əvvəlki ilə nəzərən 59 faiz azalaraq 88 milyon dollara düşüb.
Ednews xəbər verir ki, bu barədə “New York Times” nəşri xəbər yayıb.
Məlumata görə, şirkət ABŞ üzrə həftəlik satış proqnozlarını çox vaxt doğrulda bilməyib, hətta 30 faizə qədər aşağı düşüb. Rəsmi məlumatlar göstərir ki, bu vəziyyətin tezliklə yaxşılaşacağı ehtimalı yoxdur.
Qeyd edək ki, İ.Mask keçən həftə bu mövzuya toxunaraq bəzi şirkətlərin “Twitter”i iflasa sürükləmək istədiklərini bildirib.