Türkiyənin Bursa şəhərində 7 ildir taxta və dekorasiya məhusllarının ticarəti ilə məşğul olan Suat Eken adlı şəxs 2 ay kirayə haqqını 22 qəpik az ödəyib. Bu səbəbdən dolayı obyekt sahibi tərəfindən məhkəməyə verilib.
Ednews ntv-yə istinadən xəbər verir ki, məhkəmə bu gün qərarı açıqlayıb. Qərara əsasən, mülkiyyət hüququ sahibi sahibkar haqlı görülüb və kirayəçinin işinə son verilib.
Qərara inana bilmədiyini dilə gətirən Suat Eken, “2017-ci ildən burada bizneslə məşğulam. Dükan sahibi ilə, son artımlara görə telefon söhbətimiz oldu. O, 14 min lirə kirayə istədiyini bildirdi. Çox olduğunu desəm də, o, qərarından dönmədi. Mən də bu artımı qəbul etmədim və 22 qəpik az ödəniş etdim. Qərara görə şokdayam. Adamı 22 qəpiyə görə də işindən azad edərlər?” deyə sahibkar narazılığını dilə gətirib.
Oğuz