Böyük Britaniya Ukraynaya daşqınlarla mübarizə üçün 16 milyon funt sterlinq humanitar yardım ayırıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya Qırmızı Xaç hərəkatına 10 milyon funt sterlinq, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinə (OCHA) 5 milyon funt sterlinq və Beynəlxalq Miqrasiya Təşkilatına isə 1 milyon funt sterlinq ayıracaq.
Nazirlik bildirib ki, artıq Britaniyanın iki xilasedici qayığı, axtarış-xilasetmə avadanlığı və tibbi yardım dəstləri Xersona çatdırılıb. Qalan yüklər gələn həftə zərər çəkmiş ərazilərə çatmağa başlamalıdır.