İranda azərbaycanlı fəal həbs edilib.
Ednews “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Yasar Təbrizi ləqəbli keçmiş siyasi məhbus Tehranda həbs olunub.
Məlumata görə, 6 ETTELAAT (Kəşfiyyat və Təhlükəsizlik İdarəsi) məmuru azərbaycanlı fəalın evinə hücum edərək onu həbs edib, özünün və xanımının telefonunu müsadirə ediblər.
Qeyd edək ki, Yaşar Təbrizi ləqəbli Əkbər Quluzadə Tehranın Şəhriyar şəhərində yaşayan media fəalıdır. O, ötən illərdə də siyasi fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.