Beynəlxalq Avrasiya Mətbuat fondunun prezidenti Umud Mirzəyevin Qahirədə keçirilən beynəlxalq simpoziumda çıxışı Misirin aparıcı qəzetlərin də o cümlədən “Axbar el yorum” qəzetində və “Masr El balad” saytında dərc edilib.
Ednews xəbər verir ki, BAMF prezidenti iyunun 7-də Qahirədə keçirilən “Sülh naminə minaların təmizlənməsi proqramı”nın təşkil etdiyi “Heydər Əliyev və Dünya Sülhü: Minalardan Təmizləmə Giriş kimi” beynəlxalq simpozium iştiakçılarına video müraciət edib.
O, Azərbaycanın ən böyük problemi olan minalardan çirklənmiş torpaqlar barədə iştirakçılara məlumat verib. BAMF-ın prezidenti çıxışı zamanı həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirdiyi minalar Qarabağda çoxlu sayda günahsız azərbaycanlının həyatına son qoymaqda davam edir.
Mirzəyev Misirdə birinci dünya müharibəsindən bəri 23 milyondan çox minanın olduğunu və Misirlə Azərbaycan arasında bu sahədə əməkdaşlığın böyük əhəmiyyət kəsb edə biləcəyini də diqqətə çatdırıb.
Loğman Yunis