Türkiyədə zəlzələ olub.
Ednews-un Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 18.36 radələrində Malatyanın Pütürge rayonunda 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.