Hindistanın baş naziri Narendra Modi Qahirəyə rəsmi səfər edib.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, Misir prezidenti Əbdül Fəttah Sisinin dəvəti ilə baş tutan səfər iki gün davam edəcək.
Modi tvitter hesabında bu səfərin Hindistanla Misir arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Bu, Baş nazir Modinin Qahirəyə ilk rəsmi səfəridir. Səfər çərçivəsində Modinin Misir dövlət və hökumət rəsmiləri, eləcə də ölkədəki hind icmasının üzvləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Politoloqlar bu səfəri tarixi hadisə kimi şərh edib. Hindistanın Baş nazirinin Misirə sonuncu səfəri 1997-ci ilə təsadüf edir.
Törə Zeynallı