80 yaşlı ABŞ Prezidenti Co Bayden gecələr oksigen maskası ilə yatır. Buna səbəb yuxu apnesidir (yuxuda baş verən ani ölümlər, yüksək təzyiq nəticəsində yaranan problemlər, ürək xəstəlikləri, infakt, insult və iflic -red.)
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi Endryu Bates jurnalistlərə açıqlamasında deyib.
O, 2008-ci ildən bəri Baydenin yuxu apnesi probleminin olduğunu bildirib.
Qeyd edək ki, bu açıqlamadan sonra ABŞ tarixinin ən yaşlı prezidenti olan Baydenin yaşına və səhhətinə görə bu vəzifəyə uyğun olub-olmadığı müzakirə mövzusuna çevrilib.