ABŞ-ın Men ştatında 64 yaşlı qadın itini qovan ayını yumruqla vuraraq yaralanıb.
Ednews CNN Türk-ə istiandən xəbər verir ki, hadisə Porter qəsəbəsində baş verib.
Lin Kelli adlı sakin öz həyətində işləyərkən onun iti hürərək meşəyə qaçıb. Geri qayıdanda itinin ayı tərəfindən təqib edildiyini anlayıb.
64 yaşlı qadın ayı ilə qarşılaşıb və yumruqla ayının burnuna zərbə endirib. Bu zaman ayı qadının sağ əlini dişləyərək xəsarət yetirib.
Polisə müraciət etdikdən sonra qadın yerli xəstəxanaya aparılıb və müalicə olunduqdan sonra evə buraxılıb.
Onun iti sağ-salamat xilas olub.
Aynurə İsmayıl