"Ukraynanın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) qarşısında heç bir sirri yoxdur, çünki Kiyevin təşkilatla yaxşı münasibətləri var".
Ednews-un verdiyi məlumata görə,bu barədə Amerikanın CNN telekanalına müsahibəsində respublika prezidenti Vladimir Zelenski bildirib.
“Bizim MKİ-dən heç bir sirrimiz yoxdur, çünki yaxşı münasibətlərimiz var və kəşfiyyat xidmətlərimiz daim əlaqə saxlayır”, - deyə Zelenski bildirib.
O, həmçinin bildirib ki, onun Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə görüşünün mediada işıqlandırılması onu təəccübləndirib. “Mənim Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə ünsiyyətim həmişə pərdə arxasında olmalıdır”, - deyə Zelenski izah edib.
Nurlana