Ukraynanın mükafat alan gənc yazıçılarından olan Viktoriya Amelina Rusiyanın Kramatorsk şəhərində pizza restoranına raket hücumu nəticəsində yaralanaraq dünyasını dəyişib.
Ednews Euronews-a istinadən xəbər verir ki, döyüş cinayətləri ilə bağlı araşdırmalar da aparan 37 yaşlı Amelina hücumda həyatını itirən 13-cü ictimai xadim olub.
“Həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni ediblər, lakin onun aldığı zədələr çox dərin olub”, – PEN yazıçılar birliyinin Ukrayna bölməsi bildirib.
Hüquq müdafiəçiləri bu hücumu hərbi cinayət hesab edirlər.
Kramatorsk şəhəri Ukraynanın nəzarəti altındadır, lakin Rusiyanın işğal etdiyi ərazilərə çox yaxındır.
Ülviyyə