Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenə müraciət edib. Onun sözlərinə görə, Ağ Ev Ukraynanı NATO-ya elə indi dəvət etməlidir.
Ednews xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsində danışıb.
Ukrayna lideri bildirib ki, Ukraynanın NATO-ya daxil olub-olmaması ilə bağlı qərar Baydendən asılıdır və Ukraynanın bu siqnalı alması çox vacibdir:
"NATO-ya dəvət Ukrayna əsgərləri üçün böyük dəstək olacaq".
"Gələcəkdə həqiqətən müttəfiqlərə yaxın olacağınızı hiss etmək çox vacibdir" deyə Zelenski vurğulayıb.