Türkiyənin İzmir şəhərində ərəbcə reklam tabloları sökülür.
Ednews ntv-yə istinadən xəbər verir ki, Böyükşəhər Bələdiyyəsi şəhərdəki ərəb dilində olan lövhələrini sökməyə başlayıb.
Son bir neçə gündə 100-ə yaxın tablo ləğv edilib.
Xatırladaq ki, İzmir Böyükşəhər bələdiyyəsi Cümhuriyyət Xalq Partiyasına (CHP) bağlıdır. Bu partiyanın seçki əsasnamələrinin birində də olan müddəaya görə ölkə ərazisindən suriyalı qaçqınlar çıxarılmalıdır.
Oğuz