NATO ölkələri arasında gərgin müzakirələrə baxmayaraq, Vilnüsdə keçiriləcək sammitdə Ukrayna alyansdan onu məyus etməyəcək öhdəliklər alacaq.
Ednews-un verdiyi məlumata görə, bu barədə Litva prezidenti Gitanas Nauseda BNS-ə müsahibəsində bildirib.
"Mən hiss edirəm ki, biz hələ də ukraynalıları məyus etməyəcək və öyrəşdiyimizdən daha çox şey söyləyəcək o düsturları tapacağıq", - o, sammitin Ukrayna üçün perspektivli əhəmiyyətini qeyd edib.
Nauseda vurğulayıb ki, təşkilatın bəzi üzvləri Vilnüsə Kiyevə təhlükəsizlik zəmanəti vermək öhdəliyi ilə gələcəklər, həmçinin Kiyevin alyansa inteqrasiyasını gücləndirmək üçün Ukrayna-NATO şurasının yaradılması haqqında razılaşma var. Onun sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenski gözlədiyi hər şeyi almaya bilər, “amma o, mütləq çox şey əldə edəcək”.
Litva prezidenti də Kiyevin NATO-ya üzv olmaq istəyini dəstəkləyib.
Nurlana