Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin Bolqarıstana rəsmi səfəri başlayıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Prezidenti Ofisi yayıb.
Mənbə qeyd edir ki, Volodimir Zelenski Bolqarıstanın Baş naziri Nikolay Denkovla ətraflı danışıqlar aparacaq, Prezident Rumen Radevlə, həmçinin digər rəsmi şəxslər, parlamentarilər, siyasətçilər və jurnalistlərlə görüşəcək.
Görüşlərdə Kiyevə müdafiə dəstəyi, Ukraynanın Avratlantik məkanına inteqrasiyası, NATO sammiti, təhlükəsizlik təminatları və sülh formulunun həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə ediləcək.