Türkiyədə səyahətdə olan folklor komandasının 46 nəfər üzvü yedikləri yeməkdən zəhərlənib.
Ednews Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə komanda Türkiyənin paytaxtı Ankaradan Gürcüstana gedərkən baş verib.
Belə ki, ekskursiya avtobusu ilə Gürcüstana gedən folklor komandası geri qayıtmazdan əvvəl Batumidə nahar edib. Qayıdarkən səhhətində narahatlıq hiss edən 46 nəfər Ordunun Fatsa rayonundakı xəstəxanaya aparılıb.
Xəstəxanaya çatdırılan 46 nəfərdən 26-sı evə buraxılıb, 20 nəfər isə həkim nəzarətinə götürülüb.Onların həyatı təhlükəsinin olmadığı bildirilir.