Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsdə səfərdədir.
Ednews xəbər verir ki, bu barədə LRT telekanalı məlumat yayıb.
Vilnüsə Ukrayna dövlət başçısı birinci xanım Yelena Zelenskaya ilə gəlib.
Qeyd edək ki, Zelenski Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsindən bəri ilk dəfə Vilnüsə səfər edib.