ABŞ-dan Türkiyənin F16-larla bağlı istəklərini nəzərə alan növbəti açıqlama gəlib.
Ednews xəbər verir ki, bu dəfə ABŞ dövlət katibi Entoni Blinken F-16 təyyarələrinin Türkiyəyə satışı və bunun Konqresdə təsdiqi ilə bağlı fikirlərini səsləndirib.
“Türkiyənin bu təyyarələri alması ABŞ və NATO-nun maraqlarına uyğundur. Bu, alyans daxilində etdiyimiz şeydir. Bu, bütün üzvlərinin ittifaqı mümkün qədər gücləndirmək üçün lazım olan texnologiyaya malik olduğundan əmin olmaqdır”, - deyə Blinken bildirib.
Blinken çıxışının sonunda bir daha Türkiyənin NATO müttəfiqi olduğunu diqqətə çatdırıb:
“Bütün NATO-nun birlikdə işləməsi və Türkiyənin bu texnologiyaya sahib olması vacibdir”.