Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq bu gün hərbi blokun Vilnüs şəhərində keçirilən sammitində Ukrayna-NATO Şurasının ilk iclasının açılışını edib.
Ednews xəbər verir ki, şuranın iclasında Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.
“Bu, tarixi bir məqamdır. Ukrayna və NATO ölkələri Avro-Atlantik təhlükəsizliyinə ümumi baxışı müzakirə etmək üçün yanaşı oturublar”, - deyə Yens Stoltenberq qısa açılış nitqində bildirib.
O, həmçinin Volodimir Zelenskiyə Ukrayna torpaqlarını azad etmək və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almaq üçün hərbi dəstəyi genişləndirməyi vəd edib.
Bundan sonra Ukrayna-NATO Şurasının iclasının qapıları mətbuat üçün bağlanıb. Hazırda iclas qapalı rejimdə davam edir.