Misirli Azərbaycan dili tələbəsi İsra Adil Azərbaycan xalqına olan sevgisindən danışıb .” Mənə Azərbaycan xalqını sevdirən Misirdə Azərbaycan diasporunun sədri DR. Seymur Nəsirov olub”.
Ednews xəbər verir ki, bu sözləri Müsavat-a açıqlamasında Qahirə şəhərində Azərbaycan dili üzrə təhsil alan İsra Adil söyləyib.
O, bildirib ki, bir xalqı tanımaq üçün onun dilini dərindən mənimsəmək lazımdır.