Gürcüstanda iki zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Yer Elmləri İnstitutunun Seysmik Monitorinq üzrə Milli Mərkəzi yayıb.
Mənbə yazır ki, ilk yeraltı təkanlar saat 02:38-də Dedoplistskaro yaxınlığında qeydə alınıb, maqnitudası 3,2 olub.
İkinci zəlzələ isə saat 04:54-də baş verib və episentri Tbilisidən 57 km aralıda, Dmanisi şəhəri yaxınlığında yerləşib. Zəlzələ 3,1 bal gücündə olub.