Böyük Britaniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Tom Dodd Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Ednews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, Rusiya XİN-də Tom Dodd ilə bir saatdan artıq məsləhətləşmə keçirilib.
Jurnalistlərin “Sizi Rusiya XİN-ə niyə çağırmışdılar” sualına cavabında Tom Dodd rus dilində belə cavab verib: “Biz Ukraynada sülh istəyirik”.