Rusiya gələn il BRIKS alyansının üzvləri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika üçün müsabiqə təşkil edəcəyini bildirib.
Ednews RİA Novosti-yə istinadən xəbər verir ki, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammitində çıxış edən Rusiyanın idman naziri Oleq Matitsin iyunda Rusiyanın Kazan şəhərində keçiriləcək tədbirdə iştirak etmək üçün ölkələrdən idmançıların dəvət ediləcəyini bildirib:
“Biz yeni yarış növləri inkişaf etdiririk. Lakin bir daha vurğulayıram, biz Olimpiya Oyunlarına alternativ yaratmırıq”.
Matitsin bildirib ki, BRİKS Oyunları gələn il 25 idman növü üzrə Parisdə keçiriləcək Olimpiyada Oyunlarına bir ay qalmış start götürəcək.
Qeyd edək ki, mart ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyaları üçün Rusiya və Belarus idmançılarının ötən il Moskvanın Ukraynaya müdaxiləsindən sonra onlara qadağa qoyulduqdan sonra bitərəf kimi qayıtmasına icazə vermək üçün bir sıra tövsiyələr verib.
Əkbər Şəbəndəyev