Hüquq müdaifəçilərinin etirazlarına baxmayaraq, Sinqapur narkotiklə bağlı ittihamlara görə insanlara edam hökmü verən dörd ölkə sırasındadır.
Sinqapurda təxminən iyirmi ildən sonra ilk dəfə 45 yaşlı qadın edam edilib.
Saridewi Djamani 30 qramdan çox heroinlə saxlandığına görə təqsirli bilinib. Bu isə, Sinqapurda ölüm cəzasına layiq görülən həcmdən iki dəfə çox deməkdir.
Edam ölüm cəzasının cinayətdən çəkindirici olmadığını iddia edən sağ qrupların müraciətlərinə baxmayaraq həyata keçirilib.