BRICS üzvləri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika birliyi) Hindistan və Braziliya Çinin İttifaqı inkişaf etməkdə olan ölkələr hesabına genişləndirmək təklifinə qarşı çıxdılar.
Ednews-un verdiyi məlumata görə, bu barədə Bloomberg yazıb.
Nəşr mənbələrə istinadən xəbər verir ki, alyansın iki üzvü Çinin müdafiə etdiyi İndoneziya və Səudiyyə Ərəbistanının bura daxil edilməsinə qarşı çıxıb. Bu məsələ avqustda Yohannesburqda keçiriləcək BRİCS sammitində müzakirə ediləcək.
Bloomberg qeyd edib ki, daha onlarla ölkə BRİCS-ə qoşulmaq istəyir. Bu, ABŞ və Avropa İttifaqında alyansın Qərb ölkələrinin birliklərinə alternativ ola biləcəyi ilə bağlı narahatlıq doğurur.
Bu səbəbdən Qərblə münasibətləri korlamaq istəməyən Braziliya alyansın genişlənməsinə qarşı çıxır.
Hindistanda isə BRICS-ə daxil olmaq üçün daha aydın qaydalar görmək istəyirlər. Cənubi Afrika Respublikası alyansın genişləndirilməsi üçün müxtəlif variantları nəzərdən keçirməyə hazırdır.
Nurlana Hacıyeva