İngiltərədəki Britaniya Muzeyində sərgilənən 5500 illik ən qədim insan bədəni "Gebelein Adam" ziyarətçilərin böyük marağına səbəb olur.
Ednews Xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda Britaniya Muzeyində nümayiş etdirilən ən qədim insan bədəni misirli bir kişiyə məxsusdur.
Qeyd edək ki, eramızdan əvvəl 3500-cü ildə Misirin Gebelein bölgəsində dəfn edilən və yaşı 5500 il olduğu bildirilən "Gebelein Adamı" mumiyası 19-cu əsrin sonlarında Britaniya Muzeyinin Qədim Misirologiya şöbəsinin müdiri Uollis Budc tərəfindən tapılıb.
Aynurə İsmayıl