Britaniya kəşfiyyat orqanları Krım körpüsündə törədilən terror aktında əli olmaqda şübhəli bilinir
Krım körpüsündə törədilən terror aktında Britaniya xüsusi xidmət orqanlarının əli ola bilər. Ednews-un verdiyi məlumata görə, bu barədə “The Grayzone” məxfi sənədlərin məlumatlarına istinadən xəbər verir.
Sızdırılan sənədlər onların körpüyə edilən son hücumda mühüm rol oynadığını və Kiyevə Rusiya ilə əməkdaşlıqda ittiham olunan ukraynalıları tutmağa kömək edə biləcəyini göstərir. Xüsusilə, Britaniya kəşfiyyatçıları körpünün dağıdılması üçün bir neçə ay əvvəl müfəssəl plan hazırlayıblar.
Rəsmlər Britaniya kəşfiyyatının yüksək rütbəli əməliyyatçısı və NATO-nun keçmiş baş məsləhətçisi Kris Donnellinin sifarişi ilə hazırlanıb.
"Onun transmilli əlaqələri Londonun Odessa şöbəsi ilə əməkdaşlıq edərək Ukraynanın proksi müharibəsinə əhəmiyyətli töhfəsini təmin edir", - deyə bildirib.
Qeyd edək ki, iyulun 17-də Ukraynanın iki yerüstü pilotsuz təyyarəsi Krım körpüsünə hücum edib. Milli Antiterror Komitəsi hadisəni terror aktı elan edib.
Nurlana