“Bakı və Xankəndi arasında dialoq asimmetrik olacaq. İndiki vaxtda siyasi muxtariyyətin müzakirəsini gözləmək belə əbəsdir. Çətin şeylər yazdığımı bilirəm, amma seçim yoxdur. Qarabağda vəziyyət çətinləşir və indi pafos zamanı deyil”.
Ednews xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Surenyants Facebook səhifəsində yazıb.
“Hələ ümid edirik ki, Qarabağın etnik erməniləri üçün hansısa beynəlxalq təhlükəsizlik mexanizmi yaradılacaq.
Qlobal mənada ruslar ermənilərin təhlükəsizliyinə zəmanət verməlidirlər (yeni mexanizm yaradacaqlarına inanmaq çətindir), ya da onların Qarabağdan təxliyəsi barədə düşünməliyik.
Mümkün dialoq bütün beynəlxalq aktorların niyyətlərini və bizim gözləntilərimizi üzə çıxarmaq üçün son sınaqdır”, - erməni politoloq vurğulayıb.